AZ

UEFA reytinqi: “Zirə” qələbə qazandı, Azərbaycanın mövqeyi dəyişmədi

Avropa Liqasının və Konfrans Liqasının pley-off mərhələsinin ötən gecə baş tutan oyunlarından sonra ölkələrin yeni UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, Konfrans Liqasındakı təmsilçimiz “Zirə” evdə “Omoniya”nı 1:0 hesabı ilə üstələyib. İki oyunun nəticəsinə əsasən, 1:6 hesabı ilə uduzan “qartallar” avrokuboklarda mübarizəsini dayandırsalar da, Bakıdakı qələbə sayəsində Azərbaycana 0,250 xal qazandırıblar. Lakin bu, ölkəmizin siyahıdakı mövqeyinin dəyişməsi üçün yetərli olmayıb. Azərbaycan hazırda 19,125 xalla reytinq cədvəlində 26-cı pillədə qərarlaşıb. Qeyd edək ki, ölkələrin yeni UEFA reytinqində İngiltərə (89,303 xal) birincidi.

Seçilən
130
50
matc.az

10Mənbələr