Belçika millisinin hücumçusu Romelu Lukakunun yeni klubu bəlli olub.
31 yaşlı hücumçu İtaliyanın "Napoli" klubu ilə razılığa gəlib.
Lukaku 2027-ci ilə qədər Neapol təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, son mövsümü icarə əsasında "Roma"da keçirən Lukaku 47 oyunda 21 qol vurub.