AZ

MN-in ehtiyatda olan zabiti həbs edildi

Müdafiə Nazirliyinin (MN) N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik-leytenant Məmmədli Rüstəm Ağali oğlu həbs edilib.

 

Senzor.az bildirir ki, bunu KİV-ə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

 

O bildirib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Məmmədli Rüstəmə Cinayət Məcəlləsinin 32.3, 179.3.2-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib: "Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", - deyə o qeyd edib.

Seçilən
160
39
senzor.az

10Mənbələr