AZ

“Araz Naxçıvan” səfərdə “Sumqayıt”a qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

""Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, günün ikinci matçında Sumqayıtın eyni adlı klubu doğma meydanda "Araz-Naxçıvan"la qarşılaşıb.

Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 56-cı dəqiqədə Miço Kuzmanoviç "gənclik şəhəri" təmsilçisinin qapısına vurub. Mövsümdə ikinci qələbəsini qazanan Elmar Baxşıyevin rəhbərlik etdiyi klub xallarının sayını 7-yə çatıdırb.

Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

Seçilən
76
10
operativmm.az

7Mənbələr