AZ

“Araz-Naxçıvan” səfərdə “Sumqayıt”a qalib gəldi

Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, günün ikinci matçında Sumqayıtın eyni adlı klubu doğma meydanda “Araz-Naxçıvan”la qarşılaşıb.

Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 56-cı dəqiqədə Miço Kuzmanoviç “gənclik şəhəri” təmsilçisinin qapısına vurub.

Mövsümdə ikinci qələbəsini qazanan Elmar Baxşıyevin komandası xallarının sayını 7-yə çatıdırb.

Qeyd edək ki, günün ilk matçında “Turan Tovuz” evdə “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.

Seçilən
54
10
msport.az

7Mənbələr