AZ

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

Missiya.Az xəbər verir ki, günün ikinci matçında Sumqayıtın eyni adlı klubu doğma meydanda "Araz-Naxçıvan"la qarşılaşıb. 

Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 56-cı dəqiqədə Miço Kuzmanoviç "gənclik şəhəri" təmsilçisinin qapısına vurub. Mövsümdə ikinci qələbəsini qazanan Elmar Baxşıyevin rəhbərlik etdiyi klub xallarının sayını 7-yə çatıdırb. Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

Seçilən
55
10
missiya.az

7Mənbələr