AZ

Qış üçün badımcandan nə bişirmək olar?

Bəzi evlərdə artıq qışa hazırlıq başlayıb. Soyuq havalar üçün kimiləri turşu bağlayır, kimiləri leçu... Həmçinin, badımcandan da qışlıq dadlı reseptlər hazırlamaq olar. 

Milli.Az lent.az-a istinadən bildirir ki, qış üçün badımcandan hazırlana biləcək dadlı qəlyanaltı reseptini təqdim edir. 

Lazım olan ərzaqlar: 

Badımcan - 500 q;

Pomidor - 500 q;

Soğan - 1 ədəd;

Sarımsaq - 2 diş;

Duz, qara bibər və dad üçün şəkər tozu;

Bitki yağı - 3 yemək qaşığı;

Göyərti. 

1. Yuyulmuş badımcanların soyulması və onların kub formada kəsilməsi, daha sonra duzlanması və 15-20 dəqiqə gözlənilməsi lazımdır.

2. Soğan və pomidoru xırda formada doğrayın.

3. Badımcanları qızılı rəng olana qədər qızardın və kağız dəsmalın üzərinə qoyun.

4. Eyni qızartma qabda soğanı 10 dəqiqə aşağı istilikdə qızardın. Şəffaf və yumşaq olanda pomidorları əlavə edib 10 dəqiqə daha qovurun.

5. Hazır sous soyumalıdır. Ədviyyatlar əlavə edin və sarımsağı blenderdən istifadə edərək əzin.

6. Hazır püreyə badımcan əlavə edin, bir neçə dəqiqə dəmləyin və göyərti ilə bəzəyərək süfrəyə verə bilərsiniz.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
140
9
milli.az

8Mənbələr