Bu gün Misli Premyer Liqasının V turu çərçivəsində təşkil ediləcək hər iki qarşılaşma bölgələrdə oynanılacaq.
Əvvəlcə "Şamaxı" doğma meydanda "Neftçi" klubunu qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 17:00-da səsləndiriləcək.
Turun digər matçı Tovuz şəhər stadionunda "Kəpəz"lə "Sabah" arasında baş tutacaq. Nicat İsmayıllının idarə edəcəyi oyun saat 19.30-da başlayacaq.
Misli Premyer Liqası
V tur
17.00. “Şamaxı” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: Rauf Cabarov
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı şəhər stadionu
19.30. “Kəpəz” –“Sabah”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
VAR: Rauf Allahverdiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz şəhər stadionu
Qeyd edək ki, turun dünən keçirilmiş matçlarında "Turan Tovuz" evdə "Səbail"i, "Araz-Naxçıvan" isə səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. Tura sabah Zirə İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.