İstanbulda Bahçelievler dövlət xəstəxanasının təcili yardım şöbəsinə silahlı hücum olub.Türkiyə mətbuatı xəbər verir ki, hadisə gecə yerli vaxtla saat 02:30-də baş verib.Kimliyi məlum olmayan şəxslərin açdığı atəş nəticəsində bir polis əməkdaşı, bir jandarma, özəl mühafizə xidmətinin bir əməkdaşı və iki mülki vətəndaş olmaqla 5 nəfər ağır yaralanıb.Hazırda xəsarət alanların müalicəsi davam etdirilir, həyati təhlükələri yoxdur.Hadisəni törətməkdə şübhəli bilinən şəxslərlə bağlı axtarışlar aparılır.
Paylaş:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta