İngiltərənin "Çelsi" klubu Premyer Liqanın digər təmsilçisi "Mançester Yunayted"in hücumçusu Ceydon Sançonu icarəyə götürüb.
Fanat.Az xəbər verir ki, forvard transfer pəncərəsinin sonuncu günündə London klubuna keçib.
24 yaşlı futbolçu 2024/2025 mövsümünü sonradan satınalma şərti ilə "Çelsi"də keçirəcək.
2021-ci ildə 85 milyon avroya "Mançester Yunayted"ə transfer olunan Sanço "qırmızı şeytanlar"ın heyətində keçirdiyi 83 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə edib. İngiltərə millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında Almaniyanın "Borussiya Dortmund" klubunda keçirib.