AZ

Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.Metbuat.az xəbər verir ki, Azərbaycan paraüzgüçü Raman Saley bu gün mübarizəyə qoşulub.S12 kateqoriyasında çıxış edən təmsilçimiz 100 metr məsafəyə arxasıüstə üzməkdə yarışır. O, təsnifat mərhələsində 1:01,29 göstərici ilə qrup lideri olub. Ümumi yarışda isə ikinci olan Saley finala yüksəlib. Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.

Qeyd edək ki, Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin ikiqat qızıl mükafatçısıdır.

Seçilən
72
6
metbuat.az

10Mənbələr