AZ

IPC-nin baş katibi: "Azərbaycan demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan demokratik prinsiplərə və təsisatlara sadiqliyini nümayiş etdirib".
"Report" xəbər verir ki, bunu Beynəlxalq Parlamentarilər Konqresinin (International Parliamentarians Congress, IPC) baş katibi Sitara Ayaz Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisini şərh edərkən deyib.
"Biz ona yaxın seçki məntəqəsində olduq və seçkiyə yaxşı hazırlıq səviyyəsini və tam şəffaflığı qeyd etmək istəyirik", - o bildirib.
Sitara Ayaz səsvermə prosesinin də yaxşı təşkil olunduğunu vurğulayıb. "Hər şey çox yüksək səviyyədə keçib, heyət çox yaxşı hazırlanıb, bəzi seçki məntəqələri isə əlilliyi olan şəxslərin səs verməsi üçün avadanlıqla təchiz olunub", - o qeyd edib.
Sonda baş katib IPC ilə Azərbaycan arasında gələcək əməkdaşlığa ümidvar olduğunu bildirib.
Seçilən
140
50
oxu.az

10Mənbələr