AZ

Şəkər xəstəliyinin yeni MÜALİCƏSİ TAPILDI

4300-dən çox xəstənin meta-analiz nəticələri göstərib ki, həftədə bir dəfə qəbul edilən tirzepatid qan şəkərini, çəkini və ürək-damarla bağlı riski gündəlik insulindən daha effektiv şəkildə azaldır və tip 2 diabet üçün innovativ müalicə alternativi ola bilər.
Sağlamolun.az xəbər verir ki, International Journal of Obesity jurnalında dərc edilən son araşdırmada məlumatlar dörd onlayn elmi bazadan- PubMed, Scopus, Web of Science və Google Scholar-dan alınıb.

Tədqiqat 4339 xəstənin məlumatları əsasında aparılıb.
Nəticələr göstərib ki, tirzepatid insulin əlavəsi ilə müqayisədə normal göstəriciləri daha qısa müddətdə bərpa edir.
Preparatın tədqiq edildiyi bütün araşdırmalar digər farmakoloji müdaxilələri üstələyib.
Bu nəticələr göstərir ki, tirzepatid 2 tip diabetli xəstələr üçün təkmilləşdirilmiş klinik müdaxilə kimi insulin terapiyasını effektiv şəkildə əvəz edə bilər, deyə tədqiqatçılar məqalədə bildirir.

Saglamolun.Az





Seçilən
100
1
saglamolun.az

2Mənbələr