AZ

Azərbaycanda sirkə turşusundan 4 nəfər ÖLDÜ – RƏSMİ

Avqust ayında 103 nəfər zəhərlənib.

Bu barədə  Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən məlumat verilib. Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 34 nəfər dərmandan, 28-i sirkə turşusundan, 12-si kimyəvi maddələrdən, 1-i spirtli içkidən, 2-si fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.

“Həmçinin 16 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər rodensisid (siçan dərmanı ilə zəhərlənmə), 1 nəfər botulizm səbəbilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib”, – qeyd olunub.

 

Məlumata görə, ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb.

 

Seçilən
131
23
tribunainfo.az

10Mənbələr