ABŞ Prezidenti Co Bayden istədiyi vaxt çölə çıxa bilməməkdən şikayətlənib.
Yenicag.az xəbər verir ki, Bayden bu barədə jurnalistlərə açıqlamasında danışıb.
O deyib ki, Məxfi Xidmət ona insanların çox olduğu yerləri ziyarət etməyi qadağan edib.
“Artıq camaatın arasına çıxa bilmirəm. Məxfi Xidmət mənə icazə vermir”, – deyə dövlət başçısı jurnalistlərə bildirib.
Bayden bunun səbəbi ilə bağlı sualları isə cavablandırmayıb.