AZ

Baş məşqçi əsəbi, mətbuat katibi isə... - “Neftçi”nin media koordinatoru niyə jurnalistlərə çəmkirir? 

Futboldan yazanda mütləq AFFA-da, Professional Futbol Liqasında (PFL), futbol klublarında ictimaiyyətlə, media ilə əlaqələr üzrə təyin edilən həmkarlarıma işim düşür. 

 Məsələn, o gün “Neftçi” Futbol Klubunun (FK) baş məşqçisinin mətbuat konfransında Rüstəm Əfsəri mənə çəmkirib. Baş məşqçiyə sual verirlər, o, da cavabdan yayınır, deyir, özüm bilərəm, siz bizim daxili işimizə qarışmayın. 

Halbuki məsələ çox bəsit. Adam çalışdırdıgı komandanın maragı və mənafeyi əleyhinə addım atırsa, bunu soruşmaq mənim işim. Klubların fəaliyyəti ictimaiyyət üçün açıqdı.

Həmkarımın baş məşqçiyə verdiyi sualı maraqlıydı və mən suala geri dönüş etməyə, cavab almaga çalışıram və bu tərəfdən Əfsəri yenə dirəşir və mənə çəmkirir ki, “Polemika açma, başqa sualın varsa, ver”.  

Mənim başqa nə sualım ola bilər ki, bundan sonra, Rüstəm Əfsəri? Siz deyin, biz də sizə rahat, uygun olan, yuxunuzu qaçırtmayan, oxqatınızı təlx etməyən suallar verək. Ya ümumiyyətlə, susaq. Quzu balası kimi nə deyirsinizsə, onu da edək. Onsuz da komandanızın baş məşqçisi də əsəbi, emosional adamdı, söz deyəndə dava axtarır, siz də ona qoşulub dartının üstümüzə, baglayın agzımızı. 

Əfsəri əslində elə mənim kimi jurnalistdi. Mənim kimi Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirib. Əvvəllər mediada çalışıb. Nə olsun, əvvəl “Neftçi” FK-nun mətbuat katibi, indi də media üzrə koordinatorudu? Bizim ki, şinelimizdən çıxıb. Bilmir ki, özünə hörmət edən heç bir jurnalist onun bu bəsit davranışını sinəyə çəkib, yerində oturmayacaq? Bilmirsə, onda gərək mən özüm deyəm ona.

Söz yox ki, Əfsərinin hərəkətindən PFL-ə şifahi şikayət etmişəm, yazılı da yazacam. Eyni zamanda Mətbuat Şurası ilə də müzakirə edəcəyəm, bəlkə mətbuat xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə baglı gələcəkdə hansısa tədbirlərin keçirilməsi, tövsiyələrin verilməsi mümkün ola bilər. Düşünürəm ki, problemi şəxsiləşdirmədən ictimai müzakirəyə çıxara bilsək, daha dayanıqlı nəticələr əldə edə bilərik. 

Məsələn, əməkdaşlıga könülsüz mətbuat katiblərindən biri də “Qarabag” Futbol Klubunun (FK) sözçüsü Anar Hacıyevdi. Bəlkə də başqa həmkarla arası yaxşıdı, amma bu ilin mart ayında mən ona təmsil etdiyi klubun futbolçularından biri ilə görüşmək üçün müraciət etdim, votsap platforması üzərindən, 2 aydan sonra mesajı oxudu, onda da cavab vermədi. Nə “hə” dedi, nə “yox”.

Hazırda rəsmi şəxslərdən müsahibə alırıq votsapla, mesencer vasitəsilə. Məktub göndəririk rəsmi şəkildə. 
Yəni, müraciət edirik sizlərə, ay mətbuat xidmətləri, amma bizi iqnor edəndə məcburuq digər kanallar vasitəsilə işimizi görək. Mənə o gün irad tutublar ki, niyə mətbuat xidməti ola-ola, yəni, filankəsin başının üstündən filankəsə yaxınlaşmısan. 

Mətbuat konfransındakı hadisəni illərin dostu olan həmkarımla müzakirə eləmişəm o gün. Deyir, qadın oldugun üçün Rüstəm Əfsəri sənə elə çəmkirib.

“Mən o sualı verərdim, sən baxardın, görək, Əfsərinin hünəri olardımı mənim üstümə çəmkirsin? “Neftçi” klub olaraq nə gündədi, əvvəlcə bundan danışsınlar, sonra jurnalistlərə agıl öyrədərlər”, - deyə həmkarım bildirir.

“Neftçi”nin həqiqətən problemlərlə yaşadıgını müşahidə etmək çox agırdı. Azərbaycan çempionatı yeni başlayıb və indidən problemlər qabarıq şəkildə üzə çıxmaqdadı. Hərçənd, o gün baş məşqçi “təzə başlamışam, mənə vaxt verin, hər şeyi fundamentdən qurmaga çalışıram” kimi bir şeylər deyirdi. Amma bir problemin ki, kökü səndə deyil-ha, ay baş məşqçi, istəyirsən klubun fəaliyyətinə dair informasiyanı  lap “tamamilə məxfi” qrifi ilə arxivləşdir, nə faydası var? 

Bizə “başqa sualın var”, - deyə çəmkirən həmkarlar əvvəlcə bu çöküşün səbəbini söyləsinlər bizə.
Sonra yenə danışarıq, görək mətbuat konfransında polemika açan kimdi, deyə.

Zülfiyyə Mustafayeva

MİA.AZ
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
5
mia.az

6Mənbələr