AZ

Parlament seçkisi: "Seçki karuseli" edən qadınlar qrupu

Azərbaycanda erkən parlament seçkisi sentyabrın 1-də baş tutub. BBC müxbiri seçki günü 42 saylı Sumqayıt 1-ci Seçki Dairəsinin 4 məntəqəsində qrupla səs verən qadınları çəkib.

Sumqayıt 5 saylı tam orta məktəbdə yerləşən seçki məntəqələrinə bir qrup qadın gəlir.

Kameramızı görən nəzarətçilər qrupu geri qaytarır.

Qadınlardan biri deyir ki, uzaqda yaşadığı üçün səs verə bilməyib geri qayıdır.

Qrup məktəbin qapısının qarşısında dayanır, getmir bəziləri telefonla danışırlar.

On dəqiqə sonra qadınlar qrup şəklində yenidən məntəqəyə gəlirlər.

Sonra həmin qrupdan olan bəzi qadınlar gün ərzində azı iki dəfə eyni məktəbdə yerləşən fərqli məntəqələrdə səs verirlər.

Videoya YouTube kanalımızda baxın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
bbc.com

2Mənbələr