AZ

Rusiya-Çin dostluğu sanksiyalarla sınanır

Yazını böyüt
Yazını kiçilt

Rusiya ilə Çin arasında ticarətin həcmi son illər sürətlə artsa da, yeni sanksiyaların təsiri ilə yavaşlamağa başlayıb.

Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, ekspertlər vəziyyəti ödəniş problemləri ilə əlaqələndirirlər. Müvafiq olaraq, Çin banklarının sanksiyalara görə Rusiya ilə əməliyyatlarına məhdudiyyətlər qoyması iki ölkə arasında ticarətin sürətini aşağı salıb.

Rusiya hakimiyyəti Çin bankları ilə ödəniş problemlərinin mövcudluğunu etiraf edir və həll yollarını tapmaq üçün müxtəlif addımlar atır. Rusiya baş nazirinin müavini Dmitri Çernışenko iki ölkə arasında ticarətin davam etdirilməsi və yeni ticarət kanallarının açılması üçün Çinlə çalışacaqlarını bildirib. Bununla belə, işgüzar dairələr problemlərin tez həll olunacağını gözləmir.

2024-cü ilin ilk yeddi ayında Çin-Rusiya ticarət həcmi illik bazda cəmi 1,6 faiz artaraq 136,6 milyard dollara çatıb. Bu dövrdə Rusiyadan Çinə idxal 3,9 faiz artıb, Çinin Rusiyaya ixracı isə 1,1 faiz azalıb. Ticarətin yavaşlamasına yeni sanksiyalar və ödəniş çətinlikləri böyük təsir göstərib.

Bundan əlavə, Çindən idxal edilən bəzi kritik məhsulların, xüsusilə də maşın və texnoloji avadanlıqların sanksiyalardan daha çox təsirləndiyi müşahidə edilir. Xəbərə görə, Pekin rəhbərliyi bu sanksiyaları “qanunsuz” adlandırarkən, Çin şirkətləri və maliyyə qurumları sanksiyaların təsirindən yayınmaq üçün daha ehtiyatlı davranmağa başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
16
hafta.az

10Mənbələr