AZ

Fazil Qasımov 83 gündür aclıq edir

İstanbul Universitetinin doktorantı, hazırda saxta pul hazırlamaqda ittiham olunduğu üçün  həbsdə olan iqtisadçı Fazil Qasımov həbsinə etiraz olaraq 83 gündür aclıq edir. Bu barədə Turan agentliyi onun qardaşına istinadla yazıb. 
 
İqtisadçının qardaşı bildirib ki, Qasımov 30 kq çəki itirib və səhhəti normal deyil. 
 
İstanbul Universitetinin doktorantı, iqtisadçı Fazil Qasımov ötən ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana aparılıb və Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Onun həbsinin analoji ittihamlarla üzləşən Qubad İbadoğlunun işi ilə bağlı olduğu bildirilir. 
 
Qubad İbadoğlu hazırda səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. 
 
Aytac 
 


www.anews.az
Seçilən
12
1
anews.az

6Mənbələr