AZ

Rusiyadan Lvova raket hücumu - Ölənlər var

Rusiya ordusunun Ukraynanın Lvov şəhərinə həyata keçirdiyi raket hücumunda 5 nəfər ölüb, çoxlu sayda yaralı var.

Bakupost.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski X hesabında verdiyi açıqlamada Rusiya ordusunun Lvov şəhərinə raket hücumu həyata keçirdiyini bildirib.

Hücumun mülki infrastruktura həyata keçirildiyinə diqqət çəkən Zelenski, hücum nəticəsində biri uşaq olmaqla 5 nəfərin öldüyünü, 30-dan çox insanın isə yaralandığını bildirib:
“Yaşayış binalarına, şəhərdəki məktəblərə, tibb müəssisələrinə ziyan dəyib”.

Rusiya ordusunun Kriviy Riq şəhərinə də raket hücumu həyata keçirdiyini qeyd edən Zelenski bu hücumda 5 nəfərin yaralandığını qeyd edib.

Zelenski dünyanı bu hücumların qarşısını almaq üçün Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

Lvov vilayətinin Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski Teleqram hesabında verdiyi yazılı açıqlamada, Lvova hücum nəticəsində 38 nəfərin yaralandığını deyib.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının açıqlamasında, paytaxt Kiyevə İHA hücumu təhlükəsinin davam etdiyi bildirilib.


Elnur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
26
bakupost.az

10Mənbələr