AZ

Livanın cənubunda BMT əməkdaşı yaralanıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) ölkənin cənubunda silahlı hücum nəticəsində bir əməkdaşının yaralandığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, UNIFIL-in sözçünün müavini Candice Ardell verdiyi açıqlamada, "İşçilərimizdən biri UNIFIL-də xidmət edən İspaniya birləşməsində xidmət edərkən açılan atəş nəticəsində yaralanıb" - deyib.

Bunun son iki gündə UNIFIL bölməsinə ikinci hücum olduğuna diqqət çəkən Ardell, dünən eyni bölgədən keçən İspan bölməsinin yaxınlığında atəş açıldığını və uçan daşların maşınlardan birinə dəydiyini bildirib.

Livanın cənubunda İsrail və Hizbullah arasında davam edən qarşılıqlı atəşdən mülki şəxslərin, o cümlədən UNIFIL işçilərinin ciddi şəkildə təsirləndiyinə diqqət çəkən Ardell, mülki insanlara zərər verən və bölgədəki UNIFIL əsgərlərinin vəzifələrini təsir edən qarşılıqlı hücumların dayandırılması lazım olduğunu söylədi.

Seçilən
3
2
cebheinfo.az

2Mənbələr