AZ

Ukrayna hökumətində “yarpaq tökümü”: Kimlər istefa verdi?

Ukraynada sentyabrın 3-dən nazirlər istefa ərizələrini təqdim etməyə başlayıblar. 

“Cebheinfo.az” xəbər verir ki, onların arasında Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba, Baş nazirin müavini, Ukraynanın nəzarət olunmayan ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk, Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müavini Rostislav Şurma, Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina, ədliyyə naziri Denis Malyuska, strateji sənaye naziri Aleksandr Kamışin, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets var. 

Ali Radada prezidentyönlü “Xalqın qulluqçusu” Partiyasının fraksiyasının rəhbəri David Araxamia bildirib ki, ölkə hökuməti 50%-dən çox yenilənəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
5
cebheinfo.az

10Mənbələr