AZ

İran Putinin Bakı səfərindən yazdı: Dəhlizə razılıq versə...

İranın “Tahlil Bazaar” saytı Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan səfərini qaralamağa çalışıb.

Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı yazıb.

Sayt Putinin Azərbaycana səfərini qalmaqallı adlandıraraq, bu səfərin Rusiya qazının Avropaya ixracı sahəsində Rusiya, Türkiyə və Azərbaycan arasında üçtərəfli sazişin formalaşdırılmasının mümkünlüyündən xəbər verdiyini yazıb.

Yazıda deyilir ki, Kreml Zəngəzur dəhlizinin açılmasına razılıq verər və dəstəkləyərsə, ciddi sanksiyalarla üzləşən Rusiya qazını iki ölkə - Azərbaycan və Türkiyə vasitəsilə asanlıqla Qərbə ötürə biləcək.

“İran dəfələrlə bu dəhlizin yaradılmasına və geosiyasi dəyişikliklərə səbəb olan hər hansı digər hallara qarşı olduğunu açıqlayıb. Digər tərəfdən, Ermənistanın gələcəkdə Zəngəzur dəhlizinin yaradılmasına nə dərəcədə qarşı çıxa biləcəyi əsas məqamdır. Tehranın “mübahisəli” Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişəcəkmi?”, - sayt yazıb.

Eyni zamanda “Fararu” saytı da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın mövqeyinin qəti olduğunu bildirdiyini yazıb.

Qeyd olunub ki, Rusiya XİN sözçüsünün açıqlamalarından sonra bu ölkənin Tehrandakı səfiri İran XİN-ə çağırılaraq, İranın bölgənin geosiyasətinin dəyişdirilməməsi ilə bağlı mövqeyi bir daha təkrarlanıb, Tehranın beynəlxalq səviyyədə tanınan sərhədlərin dəyişdirilməsinə qarşı olduğu bildirilib.

Seçilən
121
2
axar.az

3Mənbələr