AZ

Avropa bizə kömək edəcək - Aslanyandan "Zəngəzur dəhlizi" açıqlaması

Ermənistan dövlətçiliyini qurmaq yolu ilə gedir və bu işdə Avropa bizə kömək etsə də, Rusiya mane olur. Bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Akop Aslanyan deyib.Onun sözlərinə görə, Rusiya Ermənistanda öz hakimiyyətinin bərqərar olmasına nail olmaq, “Zəngəzur dəhlizi” adlanan ərazini əldə etmək və bununla da bütün məsələləri bağlamaq istəyir. “Rusiya Ermənistanı müstəqil dövlət kimi görmək istəmir. Avropa isə bizə bu yolda kömək edəcək. Bütün fərq budur. Bəziləri bizə kömək edir, bəziləri isə mane olur”, - o əlavə edib.

Seçilən
8
1
patriot.az

2Mənbələr