"Benfika"nın yarımmüdafiəçisi Anxel Di Maria karyerası ərzində çalışdığı ən pis məşqçinin adını açıqlayıb.
Publika.az xəbər verir ki, o, "Mançester Yunayted"də bir mövsüm rəhbərliyi altında oynadığı Lui van Qalın adını çəkib:
“Ən pis məşqçi Van Qaldır, bunu sizə şübhəsiz deyə bilərəm. Bu barədə soruşmasaz da, deyim əvvəldən biləsiniz".
Di Maria 2014-2015-ci illərdə "Mançester Yunayted"də Van Qalın rəhbərliyi altında çıxış edib. Bu mövsüm onun karyerasının ən pis dövrlərindən biri olub. O, ən az oyun keçirib (32) və ən az qol vurub (4).