AZ

Venesuelada Milad bayramı ilə bağlı gözlənilməz qərar

Venesuelada Milad bayramının vaxtı dəyişdirilib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı Venesuela Prezidenti Nikolas Maduro qərar qəbul edib.

“Sentyabrdayıq və Milad bayramını artıq hiss edirik. Ona görə də Milad bayramını bu il oktyabrın 1-nə keçirmək qərarına gəldim" – o deyib.

Venesuela liderinin bu addımı ölkədə müxalifətin etirazlarını dağıtmaq üçün atılan addım kimi qiymətləndirilib.

Qeyd edək ki, Milad bayramı hər il İsa Məsihin doğulması münasibətilə müxtəlif xristian ölkələrində 25 dekabr-19 yanvar aralığında qeyd edilən bayramdır.

Billurə

Seçilən
77
olke.az

1Mənbələr