Rusiyada avtomobil satışları sürətlə artıb.

İndex.az xəbər verir ki, Rusiyada avqust ayında avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 34% artaraq son 10 ilin ən yüksək səviyyəsinə çatıb.

Bununla da, avqust ayı ərzində avtomobil satışları 155 min 277 ədədə çatıb.

Avtomobil İstehsalçıları Komitəsinin sədri Aleksey Kalitsev bu artımın arxasında bəzi səbəblərin olduğunu bildirib:

“Xüsusilə 2022-ci ilin fevral ayından sonra bazarda təklif kəsiri olsa da, bu, əhəmiyyətli bir artım yaratdı. Bu kəsir yeni modellərlə bağlanmağa başlayıb. Faizlə bağlı qərarları unutmaq lazım deyil.Qüvvəyə minəcək yeni qərara görə, insanlar avtomobil almağa tələsir”.