AZ

Bakıda davam edən tozlu hava bu xəstəliklərə SƏBƏB OLUR - Həkimdən MÜHÜM AÇIQLAMA

Xəbər veriyimiz kimi, Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda havada müşahidə olunan tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.

 

Bəs tozlu hava insan sağlamlığına necə təsir göstərir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Kəmalə Hüseynova bildirib ki, havada uçuşan qum dənəcikləri, toz-torpaq şəhərin küçələrilə hərəkət edən insanların gözünə, ağzına-burnuna dolur.

 

“Tənəffüs yolu xəstəlikləri də günü-gündən artır. Adətən toz bir çox xroniki xəstəliklərə səbəb olur. Bronxial astma və allergiyanı bu xəstəliklərə misal göstərmək olar”.

 

İnfeksionist qeyd edib ki, gündəlik olaraq tozlu hava ilə nəfəsalma insan orqanizmi üçün böyük təhlükə yaradır.

 

“Toz hər bir insanda özünü müxtəlif xəstəliklərlə göstərə bilər. Tozun tərkibində müxtəlif canlı mikroorqanizmlər vardır ki, onlar orqanizmə düşdükdən sonra fəaliyyətini davam etdirib, zəhərli maddələr istehsal edirlər. İmmun sistemi zəif olduqda və ya onlarla mübarizədən yorulduqda, orqanizmin qoruyucu gücü azalır və orqanizm müxtəlif allergenlərə qarşı həssas olur. Nəticədə xroniki xəstəlilər ağırlaşır və yeni patoloji proseslər baş verir. Təsadüfi deyil ki, Səhiyyə Nazirliyinin məlumatında da son illər paytaxtda xəstələnmələr sırasında birinci yerin tənəffüs yolu orqanlarının xəstəliklərinin tutduğu qeyd olunur. Bu, həm də ağciyər xərçəngi riskini artırır. Yeri gəlmişkən, ölkəmizdə xərçəng xəstələrinin sayında ağciyər xərçənginə tutulanlar böyük paya malikdir. Tozun səbəb olduğu ən əsas xəstəliklər - müxtəlif allergiyalar, bronxial astma, oynaq, böyrək, mədəaltı vəz, ürək və tənəffüs orqanlarının xəstəlikləridir. Bu kimi xəstəliklər onlardan asılı olan orqanların ciddi pozğunluğuna gətirə bilərlər. Tozlu hava yalnız tənəffüs yolu xəstəlikləri deyil, göz xəstəlikləri də yaradır”.

 

Ülkər Abdurahmanlı

 

Seçilən
97
4
sfera.az

5Mənbələr