1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu ilin ilk yarısında Azərbaycanda 7 min 606 nəfər aliment öhdəliklərini yerinə yetirmədiyi üçün müvafiq dövlət orqanlarından gizlənib.
Yeniavaz.com xəbər verir ki, dövlət orqanları aliment öhdəliklərini ödəməkdən yayınaraq gizlənən şəxslərin 3 min 174 nəfərinin və ya 42%-nin yerini müəyyən edə bilib. 4 min 432 nəfərin axtarışları isə davam edir.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə aliment öhdəliklərini ödəməkdən yayınaraq gizlənən şəxslərin sayı 7 min 781 nəfər olub.
Qeyd edək ki, son 5 ildə aliment öhdəliklərini ödəməkdən yayınaraq gizlənən şəxslərin sayı aşağıdakı kimi olub:
2020-ci ildə - 9 187 nəfər;
2021-ci ildə - 10 197 nəfər;
2022-ci ildə - 10 578 nəfər;
2023-cü ildə - 11 217 nəfər;
2024-cü ilin ilk yarısında - 7 606 nəfər.