AZ

Fransaya yeni Baş nazir təyin olunacaq?

Fransa Prezidenti Emmanuel Makron günün sonuna qədər respublikanın yeni Baş nazirinin adını açıqlaya bilər.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, bu gün Bakı vaxtı ilə 17:00-20:00 arasında prezidentin qərarı ilə bağlı açıqlama verilməsi gözlənilir.

Qeyd edək ki, Makron Fransanın keçmiş Baş naziri Qabriel Attalın kabinetini nazirlərin yeni hökumət qurulana qədər vəzifəsini davam etdirmək şərti ilə istefaya göndərmişdi. Avqustun 26-da Makron Yeni Xalq Cəbhəsinin iqtisadçı-eksperti Lucie Castet-in Nazirlər Kabinetinin rəhbəri təyin edilməsi təklifini rədd etmişdi.

Seçilən
54
manset.az

1Mənbələr