2024-cü ilin birinci yarısında Hacıqabul Sənaye Parkında istehsal edilən 38 milyon manat dəyərində 1323 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 3,2 milyon manat dəyərində 203 ədəd avtomobil satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat verib.
Sənaye zonalarında sözügedən dövrdə "Chevrolet”, "Isuzu”, "VGV”, "UAZ”, "Lada”, "Khazar” və s. markalı avtomobillər istehsal edilib.
N.Təbrizli
www.anews.az