AZ

Türkiyə ilə Misir arasında 18 sənəd imzalandı

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında 18 sənəd imzalanıb.

Publika.az xəbər verir ki, sənədlər müxtəlif sahələri əhatə edir.

Həmçinin Türkiyə ilə Misir arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Mexanizminə dair anlaşma da imzalanıb.

Xatırladaq ki, Ankara 12 ildən sonra Misir prezidentinin səfərinə ev sahibliyi edib. Misir lideri Türkiyə prezidentinin rəsmi qonağı olaraq ilk dəfə bu gün Türkiyəyə gəlib. İki liderin görüşü Ankarada Prezident İqamətgahında baş tutub.

Seçilən
56
1
publika.az

10Mənbələr