AZ

Azərbaycanda evlərin bahalaşması ipotekaya tələbi AZALTDI VİDEO

İpoteka kreditlərinə tələb azalıb. Mərkəzi Bankın 2024-cü ilin II rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair açıqladığı sorğu nəticələrində belə deyilir.

Xezerxeber.az xəbər verir ki, ekspertlər isə bunu bir neçə səbəblə əlaqələndirirlər. Belə ki, bəzi banklar daxili resurslar hesabına verilən ipoteka kreditləri ilə bağlı şərtləri sərtləşdiriblər.

Əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, son 3 ildə əmlakların 70 faizi kredit şərtləri ilə satılıb. Son vaxtlar mənzillərin bahalaşması isə ipoteka krediti ilə mənzil alınmasını çətinləşdirib.

Ekspertin sözlərinə görə, vətəndaşlar ipoteka krediti üçün banklara müraciət edən zaman bəzi hallarda sənədləşmə işləri uzun çəkir, həmçinin tələblər çox olur. Belə olan halda isə vətəndaş daha sərfəli yollara baş vurur.

Başqa bir səbəb isə ilkin ödənişlə bağlıdır. Ekspertin fikrincə, ilkin ödəniş məbləği çox olduğundan vətəndaşlar həmin qiymətə şəhərətrafı ərazilərdən fərdi yaşayış evi almağa üstünlük verirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
138
43
xezerxeber.az

10Mənbələr