AZ

“Nikosayağı” həmin maşının nömrəsini 16 min manata SATIR

“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirli qəzaya düşdüyü “Porsche” markalı avtomobilinin nömrəsini satışa çıxarıb.

Redaktor.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, 10 GR 005 dövlət qeydiyyat nişanlı nömrə təcili satışla 16 min manata təklif olunur.

Qeyd edək ki, bir müddət əvvəl həmin avtomobilin ehtiyat hissələri çıxarılaraq ayrı-ayrılıqda satılıb.

Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində bloqerin avtomobildə olan dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.

 


Seçilən
116
49
redaktor.az

10Mənbələr