AZ

"Ukraynada hakimiyyət 2014-cü ildə başa çatıb"

Ukrayna prezidenti Volodimir Zelenski (səlahiyyət müddəti mayın 20-də başa çatıb) legitim dövlət başçısı deyil. Üstəlik, Ukraynada qanuni hakimiyyət hələ 2014-cü ildə, orada çevriliş ediləndə sona çatdı.

"Unikal" xəbər verir ki, bu sözləri Kreml rəsmisi Dmitri Peskov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

"De-yure, prezident Zelenski indi legitim prezident deyil", - o, ifadə edib. 

Kreml nümayəndəsinin sözlərinə görə, hüquqi ziddiyyətlərə görə, bu, ukraynalılar üçün çox çətin olacaq və zaman keçdikcə “qanunsuzluq qartopu ilə üzləşməli olacaq”.

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
unikal.az

1Mənbələr