AZ

Rusiya gecə saatlarında onlarla pilotsuz təyyarə ilə Ukraynaya hücum edib

Sentyabrın 5-nə keçən gecə rus qoşunları onlarla “Şahed” tipli pilotsuz təyyarə ilə Ukraynaya hücum edib.

Herbiand.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri ölkənin bir sıra regionları istiqamətində hücuma keçən pilotsuz təyyarələrin buraxılması barədə məlumat yayıb. Mirqorod, Bila Tserkva, Çerniqov və Sumı şəhərləri daha çox risk altındadır. Ukraynanın "Zerkalo Nedeli" nəşri yerli sakinlərə istinadən xəbər verir ki, Jitomirdə artıq silsilə partlayışlar baş verib.

Rusiya PUA-ları Xarkov, Çerkassı, Çerniqov və Kiyev vilayətləri üzərində də manevrlər edir. Kiyev vilayətində hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir, yerli hakimiyyət orqanları bildiriblər.

Bundan əlavə, saat 23.05-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Murmansk vilayətindəki Olenya aerodromundan iki Tu-22 bombardmançısının havaya qalxması barədə məlumat verib.

Son günlər Rusiya hərbçiləri Poltava və Lvova raket zərbələri endirib, nəticədə ümumilikdə 60 nəfər həlak olub, daha 362 nəfər yaralanıb.

Seçilən
132
29
herbiand.az

10Mənbələr