AZ

Türkiyə mətbuatı: 5 sentyabr 2024

''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan əhəmiyyətli açıqlamalar verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər edən Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə keçirdiyi birgə mətbuat konfransında deyib: "Türkiyə ilə Misir Fələstin məsələsində ortaq mövqe nümayiş etdirir. Hücumların dayandırılması və daimi atəşkəsin təmin edilməsi ilkin prioritetimizdir''.

''Sabah'': Türkiyə Respublikası Mərkəzi Bankı ilə Səudiyyə Ərəbistanı Mərkəzi Bankı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) ilə Səudiyyə Ərəbistanı Mərkəzi Bankı (SAMA) arasında mərkəzi bankçılıq məsələləri üzrə əməkdaşlığın inkişafı üçün zəmin yaratmaq məqsədilə Anlaşma Memorandumu imzalanıb.

''Star'': ''Hürjet'' Misirdə uçuş həyata keçirdi

Türkiyənin Aviasiya və Kosmos Sənayesi - TUSAŞ-ın reaktiv təlim təyyarəsi ''Hürjet'' Misirdə keçirilən Beynəlxalq Misir Aviasiya Sərgisinin ilk günündə uçuş həyata keçirib.

''Vatan'':Türkiyədən daha bir məhsul Aİ coğrafi göstərici qeydiyyatından keçib

Türkiyədən daha bir məhsul Aİ coğrafi göstərici qeydiyyatından keçib. Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı Bursada yetişən qara əncirin Aİ coğrafi göstərici qeydiyyatından keçdiyini açıqlayıb.

''Haber Türk'': THY Çiliyə uçuşlara başlayacaq

Türk Hava Yolları (THY) dekabrın 18-dən Çiliyə uçuşlara başlayacaq. Rəsmi internet səhifəsində paylaşım edən THY-nin baş direktoru Bilal Ekşi İstanbuldan Çiliyə uçuşların dekabrın 18-dən etibarən həftədə 4 dəfə həyata keçiriləcəyini bildirib.



Seçilən
162
21
trt.net.tr

10Mənbələr