AZ

ABŞ-də cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb » Medical Media


Cərrah pasiyentin səhvən qaraciyərini çıxarıb, xəstə ölüb. 

Bu barədə “The Philippine Star” qəzeti məlumat yayıb.

ABŞ-ın Florida ştatında 70 yaşlı Bill Brayan sağlamlıq şikayətləri ilə klinikaya müraciət edib və həkimlər onu əməliyyata göndərib. Əməliyyat zamanı, cərrah səhvən xəstənin dalağı əvəzinə qaraciyəri qanla təmin edən əsas damarlarını kəsib. Nəticədə, xəstə çox miqdarda qan itirərək dünyasını dəyişib. 

Öz səhvini görməyən həkim “dalağın zədələndiyini, normal ölçüsündən 4 dəfə böyük olduğunu və xəstənin bədəninin digər tərəfinə keçdiyini” deyib.
İndi pasiyentin həyat yoldaşı məhkəməyə müraciət etmək niyyətindədir. O, cərrahın məsuliyyətə cəlb edilməsini istəyir və həkimin onun həyat yoldaşını öldürdüyünü iddia edir.

Seçilən
271
medicalmedia.az

1Mənbələr