Bakı, 5 sentyabr, AZƏRTAC
Bu gün son Azərbaycan çempionu “Birbaşa Bakı” və ötən mövsümün ikincisi “Aznur” minifutbol üzrə Çempionlar Liqasının qrup mərhələsində ilk oyunlarını keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana “Aznur” komandası çıxacaq. Təmsilçimiz Fransanın “Bayonna” kollektivi ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
“Birbaşa Bakı” isə “Orteqa Tvins” (İspaniya) ilə qarşılaşacaq. Matç 19:00-da start götürəcək.