AZ

Qırğızıstan XİN-dən vətəndaşlarına Rusiya ilə bağlı ÇAĞIRIŞ

Qırğızıstan Xarici İşlər Nazirliyi vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməklə bağlı çağırış edib.    Manset.az bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, qərar xarici vətəndaşların dövlət sərhədindən keçməsinə nəzarətin gücləndirilməsi rejimi, habelə Rusiya Federasiyası ərazisində əlavə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı olub. Qırğızıstan Xarici İşlər Nazirliyi vətəndaşlara bu tədbirlərin ləğvini gözləməyi tövsiyə edib. Mətbuat xidmətindən verilən açıqlamaya görə, zəruri hallarda Qırğızıstan vətəndaşları bu ölkənin Rusiya Federasiyasındakı səfirliyinə müraciət edə bilərlər: "Rusiya Federasiyası ərazisində tətbiq edilən əlavə təhlükəsizlik tədbirləri və əcnəbi vətəndaşların dövlət sərhədindən keçirilməsinə gücləndirilmiş nəzarət rejiminin davam etməsi ilə əlaqədar səfirlik üzrlü səbəbləri olmayan Qırğızıstan Respublikası vətəndaşlarına müvəqqəti olaraq Rusiya ərazisinə səfər etməkdən çəkinməyi tövsiyə edir.  Eyni zamanda, ehtiyac yaranarsa, Qırğızıstan vətəndaşları yardım və ya məsləhət almaq üçün Səfirliyin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: +7 (925) 2855047, +7 (925) 1155047".     Fidan Əliyeva

Manşet.az

Seçilən
33
manset.az

1Mənbələr