AZ

Moskva qanlı sovet tarixini dəyişdirməyə, Stalin repressiyalarını yumşaltmağa çalışır

Rusiya Nazirlər Kabinetinin sərəncamı ilə “Siyasi repressiya qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Siyasəti Konsepsiyası”nda dəyişikliklər edilib. Sənəddən repressiyalarla bağlı “kütləvi” sözü çıxarılıb.

Yəni demək istəyiblər ki, keçmiş SSRİ-də repressiyalar kütləvi xarakter daşımayıb, milyonlarla insan repressiya qurbanı olmayıb. Sənəddə sovet illərində məcburi kollektivləşdirmə və bununla bağlı aclıqdan da danışılmır. Halbuki, milyonlarla insan zorakı kollektivləşmənin və bunun nəticəsində yaranan açlığın qurbanı olub.

incəsənət

Göründüyü kimi, Moskva qanlı sovet tarixini dəyişdirməyə, Stalin repressiyalarını yumşaltmağa çalışır. Kremlin Stalinə sevgisi bəllidir, elə Rusiyada keçirilən sorğular da qəddar diktatora rəğbətin olduğunu göstərir. Stalinin ölüm maşını Azərbaycandan da yan keçməyib, minlərlə ziyalımız repressiyanın qurbanı olub. Rusiya hökuməti “kütləvi” sözünü sənəddən çıxarsa da, bu, repressiya aparatının məğzini dəyişdirməyəcək. Bu gün Ukraynanın bombalanan şəhərlərində insanlar ölürsə, Rusiyada kimsə “müharibəni dayandırmaq lazımdır” sözünə görə həbs olunursa, demək repressiya hələ bitməyib.

Elxan Şahinoğlu

visiontv.az

 



Seçilən
140
2
visiontv.az

4Mənbələr