AZ

Putin vəsf etdi, Peskov göstəriş verdi: Hər kəs o gülüşü sevməlidir

Rusiya prezidenti Vladimir Putinin sözlərindən sonra ABŞ-ın vitse-prezidenti Kamala Harrisin gülüşünü hər kəs sevməlidir.

Publika.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalist Pavel Zarubinə bildirib.

Peskov Putinin Harrisin gülüşü ilə bağlı dediyi sözlərdən danışıb. Onun fikrincə, Rusiya liderinin sözlərindən əvvəl hamı Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədin gülüşünə simpatiya ifadə etmək üçün “siqnal gözləyirdi”.

“İndi bəli, bəyənin. İndi hər birimiz onun gülüşünə aşiq olmalıyıq”, - deyə prezidentin mətbuat katibi çağırış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
7
publika.az

7Mənbələr