AZ

Naxçıvanda bərk məişət tullantılarından enerji alınması üçün emal müəssisəsinin tikintisi planlaşdırılır

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bərk məişət tullantılarından enerji alınması üçün emal müəsissəsinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı açıq tender elan edib.

Bu barədə “Report” dövlət satınalmalarının vahid internet portalına istinadən bildirir.

Tender üzrə işlərə tullantılardan enerji alınması üçün mərkəzi poliqonun və 1 ha sahədə 4 ədəd ötürücü məntəqənin, 200 hektar sahədə elektrik enerjisi istehsalı obyektinin, mexaniki ayırma qurğusunun, inzibati binanın, qaz balonunun və bütün köməkçi qurğuların layihə-smeta sənədlərinin hazırlanması daxildir.

Bu işlərin təxmini dəyəri 296,65 min manatdır.

Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini 27 sentyabr 2024-cü il tarixinədək təqdim etməlidir. Tender proseduru həmin gün saat 17:00-da baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
3
sam.az

4Mənbələr