5 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kristal Bakı” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
13 sentyabr 2024-cü il tarixindən başlayaraq 17 sentyabr 2024-cü il tarixinə kimi 3 iş günü ərzində "Kristal Bakı” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır.
Səhmlər üzrə yerləşdirmə 18 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Kristal Bakı” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001022255
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 990,000 (ədəd)
İlkin ticarət qiyməti: 1 manat
Buraxılış həcmi: 990,000 manat
Anderrayter: “Assist Finance İ.Ş” ASC
Ticarətə buraxılma tarixi: 18.09.2024