Mərkəzi Seçki Komissiyası bu gündən ancaq poçtla daxil olan və müəyyən edilmiş 3 günlük müddəti əhatə edən şikayətlərə baxacaq.
NUHÇIXAN xəbər verir ki, bunu Komissiyanın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, qanuna əsasən, müraciətlər üçün ayrılan vaxt başa çatıb:
"Poçtla göndərilən müraciətlərdə isə gecikmə olduğuna görə ştamp vurulan tarix 3 günlük müddətə uyğun gələn müraciətlərə MSK-da müzakirəyə çıxarılacaq. Tələbimiz budur ki, araşdırma ciddi aparılsın".
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta