AZ

Maksim Medvedev AFFA tərəfindən təltif edilib

Peşəkar futbolçu karyerasını başa vuran Maksim Medvedev AFFA tərəfindən təltif edilib. Sport24.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsinin I turunda Azərbaycan – İsveç oyunundan əvvəl mükafatlandırılıb.
 
Uzun illər Azərbaycan millisinin şərəfini qorumuş Maksim Medvedevə ölkə futbolundakı xidmətlərinə görə xatirə hədiyyəsi verilib. Ona simvolik olaraq çərçivəyə salınmış Azərbaycan yığmasının formasını AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov təqdim edib.
 
Qeyd edək ki, Maksim Medvedev 2009-2022-ci illər ərzində millimizin heyətində 81 oyun keçirib və 4 qol vurub.

Seçilən
46
14
sport24.az

10Mənbələr