“Qarabağ”ın futbolçusu Yassin Benzia Əlcəzair yığmasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunda Ekvatoriyal Qvineya ilə görüşdə oynayıb. O, matça ehtiyatda başlayıb və 78-ci dəqiqədə meydana daxil olub.
Görüş Əlcəzair yığmasının qələbəsiylə başa çatıb – 2:0.
Milli E qrupunda 3 xalla birinci sıradadır. Qrupda Ekvatoriyal Qvineya ilə yanaşı, Liberiya və Toqo yığmaları da yer alır.