AZ

Maşın almaq istəyənlərdən "beh" alıb YOXA ÇIXDI

Şirvanda dələduzluq etməkdə şübhəli bilinən Azər Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, adı çəkilən şəxs müxtəlif markalı avtomobillərin şəkillərini özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, dəyərindən ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdirib. Ona zəng zərərçəkənlərdən "beh" qismində müxtəlif məbləğlərdə pul əldə etdikdən sonra isə A.Əliyev zərərçəkənlərlə əlaqəni kəsib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Seçilən
106
news24.az

1Mənbələr