AZ

Ronaldo 900-cü qolundan danışdı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerasında 900-cü qolu vurmağın vacibliyindən danışıb.Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu nailiyyəti zəhmət hesabına əldə etdiyini bildirib:“Bu, mənim üçün çox emosional bir andır. Mən bu həddə çata bildim. Çox çətin idi. Bu nailiyyəti zəhmət hesabına əldə etdim. Artıq 39 yaşım var, belə şeylərə nail olmaq üçün mümkün qədər diqqətli olmaq lazımdır. Ona görə də, qol qeydlərimdən sonra çox emosional oluram. Mən əldə etdiklərimi həqiqətən yüksək qiymətləndirirəm. Tərəfdaşlarım olmasaydı, bu qeyri-mümkün idi”.Portuqaliya millisi Millətlər Liqası matçında Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib. Ronaldo bu oyunda bir qol vurub. Onun üçün bu qol karyerasında 900-cü olub. O, tarixdə bu rekorda çatan ilk futbolçudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
komanda.az

10Mənbələr