AZ

Azərbaycan IFC ilə dövlət-özəl sektor tərəfdaşlığını müzakirə edib

Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə dövlət-özəl sektor tərəfdaşlığı və potensial layihələri müzakirə edib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir müavini Səməd Bəşirlinin IFC-nin Avropa üzrə regional direktoru İnes Roşa ilə görüşündə aparılıb.

Görüşdə bildirilib ki, ölkəmizdə aparılan iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən dəstəklənir. Azərbaycanın IFC ilə əməkdaşlığının genişlənməsi, bu kontekstdə ölkəmizdə mütərəqqi təcrübə və yeniliklərin təşviqi önəm daşıyır. Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib.

Qeyd olunub ki, ölkəmizin iştirakçısı olduğu nəhəng layihələr regionda dayanıqlı inkişafa nail olunmasında önəmli faktora çevrilib. Diqqətə çatdırılıb ki, ölkəmizdə dövlət-özəl sektor tərəfdaşlığı üzrə layihələrin reallaşdırılması üçün böyük imkanlar var.

Tərəflər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29), dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı layihəsi üzrə əməkdaşlıq və IFC-nin cəlb oluna biləcəyi potensial layihələr barədə müzakirə aparıblar.

Seçilən
113
6
report.az

7Mənbələr